Şou-biznes

“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan

17 Noyabr 2026 02:02
Baxış: 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türk müğənni Semiramis Pekkan musiqi sektoruna daxil olma prosesindən və bacısı, müğənni Ajda Pekkanla aralarında yaşanan incikliklərdən danışıb.

Milli.Az xəbər verir ki, musiqi karyerasının başlanğıcından bəhs edən Pekkan bunları deyib:

"Ajda musiqi həyatına başladı və çox böyük uğur qazandı. Daha sonra mənə gəlib "Ona rəqib ol" dedilər. İlk işlədiyim ayın qazancı ilə Nişantaşından mənzil aldım. Bunu Ajdaya dedim. O, isə "Aman, 5 mahnı əzbərlə, get" dedi".

Pekkandan musiqi həyatını yarımçıq qoymasında bacısı Ajda Pekkanın təsirinin olub-olmadığı soruşulub. O, bu suala belə cavab verib:

"Xeyr, elə bir xahişi olmayıb. Amma onun ilk reaksiyaları mənə çox təsir etdi. Bu, mənim üçün çox böyük iqtisadi sıçrayış idi. Ajda ilə musiqidə rəqabət aparmağım mümkün idimi? O vaxtlar heç ona rəqib olacağımı da düşünmürdüm. Təəssüf ki, o, bir qədər belə zənn etdi, amma vacib deyil. Mən onun heç nəyinə toxunmadan öz yolumla irəlilədim. Sadəcə, o, bunu tam anlamadı. Bilmədiyi üçün uşaq kimi reaksiyalar verirdi. Mən heç vaxt dava-dalaşı sevməmişəm, münaqişədən qaçan biriyəm".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.