Texnologiya

“Meta”ya qarşı araşdırmalara başlanıldı

5 Dekabr 2025 14:25
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Komissiyası Meta-nın "WhatsApp" platformasında süni intellekt provayderlərinin xidmətlərinə girişini məhdudlaşdırması səbəbindən araşdırmağa başlayıb.

Milli.Az xəbər verir ki, yeni siyasət oktyabr ayında elan olunub və süni intellekt təminatçılarına "WhatsApp Business Solution" alətindən istifadə etməklə müştərilərlə birbaşa ünsiyyət qurmaq qadağan edilir.

AB-nin antiinhisar tənzimləyicisi bildirir ki, bu məhdudiyyət bazar rəqabətinə təsir edə bilər və xidmətlərin göstərilməsinə mane olur. Araşdırma Avropa İqtisadi Bölgəsinin əksər ölkələrini əhatə edəcək, yalnız İtaliya istisnadır.

Meta-nın yeni siyasətinin rəqabət qaydalarına uyğun olub-olmaması qiymətləndirilir və süni intellekt sektorunda mümkün zərərlərin qarşısı alınmalıdır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.