FBI bütün "gmail" istifadəçilərinə xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
FBI bütün Gmail, Outlook və digər elektron poçt istifadəçilərinə bayram günlərində artan internet dələduzluğu ilə bağlı xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, kibercinayətkarlar istifadəçilərin poçt qutularına daxil olaraq bank hesablarını "yarmağa" çalışırlar.
Agentlik hazırda ən çox yayılan dörd fırıldaq növünü diqqətə çatdırıb. Bunlar malın göndərilmədiyi satışlar, ödənişin edilmədiyi alışlar, hərrac saxtakarlığı və hədiyyə kartları ilə bağlı dələduzluqlardır.
Mütəxəssislər vətəndaşları şübhəli keçidlərə və fayllara daxil olmamağa çağırır. Çünki bir klik cihazda zərərli proqramın işə düşməsi üçün kifayət edir. FBI bildirib ki, bu tip fırıldaqlar istifadəçidən ad, şifrə və bank hesabı kimi şəxsi məlumatları almağa yönəlib.
Aqentlik şirkət adından gələn şübhəli məktublara inanmağı tövsiyə etmir. Belə hallarda şirkətin telefon nömrəsi ayrıca axtarılmalı və birbaşa həmin nömrə ilə əlaqə saxlanmalıdır.
FBI həmçinin hesab ələ keçirilməsi kimi tanınan ATO fırıldaqlarının da artdığını açıqlayıb. 2025 ci ilin əvvəlindən bəri bu növ hallarla bağlı 5 100 dən çox şikayət daxil olub və zərər 262 milyon dolları keçib.
Dələduzlar bank işçisi və ya texniki dəstək adı ilə insanlarla əlaqə saxlayaraq onların giriş məlumatlarını əldə etməyə çalışır. Saxta mesajlar və elektron məktublar vasitəsilə hesabda problem olduğunu bildirərək istifadəçiləri tələsdirirlər. Bu məlumatlar əldə edildikdən sonra cinayətkarlar dərhal hesaba daxil olur, şifrəni dəyişir və pulu köçürürlər.
Bəzi hallarda fırıldaqçılar bank saytlarının surətini hazırlayır və həmin səhifələri axtarış nəticələrində üst sıralara çıxarmağa çalışırlar. İstifadəçi məlumat daxil etdikdən sonra bütün məlumatlar birbaşa cinayətkarların əlinə keçir.
Dələduzluq aşkar olunduğu anda bankla əlaqə saxlanmalı və pulun geri qaytarılması üçün müraciət edilməlidir. Bununla yanaşı, bütün komprometasiya olunmuş hesabların şifrələri dərhal dəyişdirilməlidir.
Qeyd edilib ki, eyni şifrə başqa onlayn hesabda istifadə olunubsa, həmin hesabın şifrəsi də yenilənməlidir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi





