Sağlamlıq

Qığırdaq və sümükləri “gəncləşdirən” dərman tapıldı - Elm dünyasında inqilab

8 Dekabr 2025 00:14
Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sümüklərin və qığırdaqların "gəncləşməsi" üçün yeni preparat hazırlanıb.

Stenford Universitetinin tədqiqatçıları yaşlanma ilə əlaqəli oynaq aşınmasını ləngidə bilən və 15-PGDH adlı fermentin fəaliyyətini zəiflədən eksperimental dərman üzərində işləyiblər.

Milli.Az Qazeta.ru-ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri Science jurnalında yayımlanıb.

Yaş artdıqca 15-PGDH fermentinin aktivliyi güclənir ki, bu da qığırdaq toxumasının tez sıradan çıxmasına və osteoartritin inkişafına səbəb olur. Yeni hazırlanan dərman fermentin təsirini bloklamaqla qığırdağın qorunmasına şərait yaradır.

Heyvanlar üzərində aparılan uğurlu sınaqlardan sonra alimlər artıq insanlarda klinik mərhələyə keçiblər. İlkin nəticələr göstərir ki, dərman qığırdaq strukturunun bərpasını stimullaşdırır və toxumaya yenidən sağlam, gənc xüsusiyyətlər qazandıra bilir.

Tədqiqatçılar bildirirlər ki, davam edən klinik sınaqlar xüsusilə ön çarpaz bağ zədəsi kimi ağır travmaların müalicəsində böyük perspektiv vəd edir, çünki bu tip xəsarətlər çox zaman oynaqda uzunmüddətli problemlərə səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.