Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Remitly" tərəfindən həyata keçirilən qlobal araşdırma dünyanın ən nəzakətli ölkələrini müəyyən edib. 26 müxtəlif ölkədən 4 min 600 nəfərin iştirakı ilə aparılan sorğuda, sosial uyğunluq və hörmət meyarları əsasında Yaponiya ilk sırada yer alıb.
Milli.Az xəbər verir ki, araşdırma çərçivəsində iştirakçılardan həm öz ölkələrindəki nəzakət qavrayışları, həm də xarici səfərlərindəki şəxsi təcrübələri soruşulub. Təhlil edilən məlumatlar nəticəsində Yaponiya 35,15% göstərici ilə siyahının lideri olub. Ölkənin ənənəvi nəzakət qaydaları və sosial intizama verdiyi önəm bu nəticənin əsas səbəbi kimi qeyd edilib.
Siyahının ikinci pilləsində qərarlaşan Kanada və üçüncü yerdəki Böyük Britaniya gündəlik nitqdə "zəhmət olmasa", "təşəkkür edirəm" və "üzr istəyirəm" kimi ifadələrdən tez-tez istifadə etmək vərdişləri ilə fərqləniblər. Xüsusilə Böyük Britaniyada "növbə mədəniyyətinə" göstərilən həssaslıq nəzakət xalını artıran faktorlar arasında göstərilib. Siyahının ilk beşliyini Çin və Almaniya tamamlayıb.
Nəzakət reytinqində Filippin altıncı yerdə qərarlaşıb; İsveç, Danimarka və Finlandiya kimi Skandinaviya ölkələri də ilk onluğa daxil ola biliblər. Araşdırma nəticələri müxtəlif coğrafiyalardakı mədəni nəzakət anlayışlarının ictimai davranışlara təsirini rəqəmlərlə ortaya qoyub.
Dünyanın ən nəzakətli 25 ölkəsinin siyahısı:
Yaponiya
Kanada
Böyük Britaniya
Çin
Almaniya
Filippin
İsveç
Danimarka
Finlandiya
Cənubi Afrika Respublikası
Avstraliya
İsveçrə
ABŞ
Hindistan
İrlandiya
Yeni Zelandiya
Norveç
Niderland
Tayland
Fransa
Braziliya
İspaniya
Belçika
İtaliya
Avstriya
Yaponiyada nəzakət təkcə sözlərdə deyil, həm də davranışlarda (məsələn, təzim etmək) və başqalarının şəxsi məkanına hörmət etməkdə özünü göstərir. Kanadada isə hətta kiçik bir toqquşma zamanı hər iki tərəfin bir-birindən üzr istəməsi milli bir xüsusiyyət hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
ABŞ-də 5,5 ballıq zəlzələ oldu
-
Alla Puqaçova iki ürək əməliyyatı keçirdi
-
Venesuelada daha bir zəlzələ oldu
XƏBƏR LENTİ
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır





