Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı

1 Aprel 2026 23:10

"Remitly" tərəfindən həyata keçirilən qlobal araşdırma dünyanın ən nəzakətli ölkələrini müəyyən edib. 26 müxtəlif ölkədən 4 min 600 nəfərin iştirakı ilə aparılan sorğuda, sosial uyğunluq və hörmət meyarları əsasında Yaponiya ilk sırada yer alıb.

Milli.Az xəbər verir ki, araşdırma çərçivəsində iştirakçılardan həm öz ölkələrindəki nəzakət qavrayışları, həm də xarici səfərlərindəki şəxsi təcrübələri soruşulub. Təhlil edilən məlumatlar nəticəsində Yaponiya 35,15% göstərici ilə siyahının lideri olub. Ölkənin ənənəvi nəzakət qaydaları və sosial intizama verdiyi önəm bu nəticənin əsas səbəbi kimi qeyd edilib.

Siyahının ikinci pilləsində qərarlaşan Kanada və üçüncü yerdəki Böyük Britaniya gündəlik nitqdə "zəhmət olmasa", "təşəkkür edirəm" və "üzr istəyirəm" kimi ifadələrdən tez-tez istifadə etmək vərdişləri ilə fərqləniblər. Xüsusilə Böyük Britaniyada "növbə mədəniyyətinə" göstərilən həssaslıq nəzakət xalını artıran faktorlar arasında göstərilib. Siyahının ilk beşliyini Çin və Almaniya tamamlayıb.

Nəzakət reytinqində Filippin altıncı yerdə qərarlaşıb; İsveç, Danimarka və Finlandiya kimi Skandinaviya ölkələri də ilk onluğa daxil ola biliblər. Araşdırma nəticələri müxtəlif coğrafiyalardakı mədəni nəzakət anlayışlarının ictimai davranışlara təsirini rəqəmlərlə ortaya qoyub.

Dünyanın ən nəzakətli 25 ölkəsinin siyahısı:
Yaponiya

Kanada

Böyük Britaniya

Çin

Almaniya

Filippin

İsveç

Danimarka

Finlandiya

Cənubi Afrika Respublikası

Avstraliya

İsveçrə

ABŞ

Hindistan

İrlandiya

Yeni Zelandiya

Norveç

Niderland

Tayland

Fransa

Braziliya

İspaniya

Belçika

İtaliya

Avstriya

Yaponiyada nəzakət təkcə sözlərdə deyil, həm də davranışlarda (məsələn, təzim etmək) və başqalarının şəxsi məkanına hörmət etməkdə özünü göstərir. Kanadada isə hətta kiçik bir toqquşma zamanı hər iki tərəfin bir-birindən üzr istəməsi milli bir xüsusiyyət hesab olunur.

Lalə Qüdrətova
Milli.Az