Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış aktyor, "Yeşilçam"ın əfsanəvi sənətçisi Kadir İnanır bir neçə gün öncə vəfat edib.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, "Bioqrafiya" rubrikasında əfsanəvi aktyor haqqında məlumatları təqdim edir.
-Kadir İnanır kimdir?
Ətraflı
Kadir İnanır "Yeşilçam"ın əfsanəvi aktyorudur.
-Aktyor nə zaman və harada dünyaya gəlib?
O, 15 aprel 1949-cu ildə Türkiyənin Fatsa rayonunda anadan olub.
-Aktyorun təhsil həyatı necə keçib?
Orta təhsilini internat tipli Haydarpaşa High Schoolda başa vurduqdan sonra Marmara Universitynin Kommunikasiya fakültəsinin Radio və Televiziya ixtisasında təhsil alıb.
-Aktyorluq sənətinə necə başlayıb?
Ailənin sonuncu övladı olan Kadir İnanır hələ məktəb illərindən səhnəyə böyük maraq göstərib və müxtəlif məktəb tamaşalarında çıxış edərək aktyorluq istedadını nümayiş etdirib. 1967-ci ildə "Ses" jurnalının keçirdiyi "Sinema Artisti Yarışması"nda finala yüksələn Kadir İnanır bir il sonra "Saklambaç" qəzetinin təşkil etdiyi "Fotoroman Artisti Yarışması"nın qalibi olub. Bundan sonra bir müddət fotoromanlarda rol alıb.
-Kino aləminə nə zaman gəlib?
Aktyor 1968-ci ildə çəkilən "Yedi Adım Sonra" filmi ilə kino aləminə ilk addımını atıb.
-İlk baş rolu hansı olub?
Baş rolda ilk dəfə 1970-ci ildə rejissor Atıf Yılmazın çəkdiyi "Kara Gözlüm" filmində çıxış edib.
-Onun ən məşhur tərəf müqabili kim olub?
Türkan Şorayla birlikdə bir çox filmdə çəkilərək Türkiyə kinosunun ən məşhur ekran cütlüklərindən birinə çevriliblər.
-Kadir İnanırın ən məşhur serialları hansı olub?
-Kadir İnanır zaman keçdikcə daha çox bədii və sosial məzmunlu filmlərə üstünlük verib. Onun rol aldığı "Utanç" (1972), "Selvi Boylum Al Yazmalım" (1977), "Bir Yudum Sevgi" (1984), "Ah Güzel İstanbul" (1981), "Kırık Bir Aşk Hikayesi" (1981), "Amansız Yol" (1985), "Tomruk" (1982), "Sen Türkülerini Söyle" (1986), "Katırcılar" (1987), "Suçumuz İnsan Olmak" (1986), "72. Koğuş" (1987), "Dikenli Yol" (1986), "Yedi Uyuyanlar" (1988), "Tatar Ramazan" (1990) və "Tatar Ramazan Sürgünde" (1992) kimi filmlər Türkiyə kinosunun klassik ekran əsərləri hesab olunur.
-Hansı mükafatlara layiq görülüb?
Kadir İnanır aktyorluq karyerası ərzində bir sıra nüfuzlu mükafatlara layiq görülüb. O, "Utanç" filmi ilə Altın Koza Film Festivalnda "Ən yaxşı kişi aktyor" mükafatını qazanıb. 1985-ci ildə çəkilən "Yılanların Öcü" filmi ona Antalya Golden Orange Film Festivalnda eyni nominasiyada növbəti mükafatı qazandırıb. 1990-cı ildə isə "Medcezir Manzaraları" filmi ilə Ankara International Film Festivalnda "Ən yaxşı kişi aktyor" seçilib.
-O, ümumilikdə nə qədər ekran işində rol alıb?
Kadir İnanır ümumilikdə 182 bədii filmdə və 7 televiziya serialında rol alıb.
-O, aktyorluqdan başqa hansı sahə ilə məşğul olub?
1995-1996-cı illərdə Kanal D televiziyasında yayımlanan "Böyle Gitmez" adlı xəbər proqramının aparıcısı kimi də fəaliyyət göstərib.
-Aktyorun hobbiləri nə olub?
Maraqlı hobbilərindən biri isə qurbağa fiqurları kolleksiyası toplamaqdır.
-Hansı işlərinə görə məhkəməyə verilib?
2000-ci ildə "Derman Bey" serialının çəkilişləri zamanı rol yoldaşı Buket Saygıya göndərdiyi SMS-lərlə bağlı ona qarşı məhkəmə iddiası qaldırılıb. Kadir İnanır mesajların motivasiya məqsədi daşıdığını desə də, 2003-cü ildə məhkəmə onu təhqir və narahat etmə ittihamı ilə 6 ay həbs cəzasına məhkum edib. Daha sonra bu cəza pul cəriməsi ilə əvəz olunaraq təxirə salınıb.
-Səhhətində hansı problemlər olub?
2012-ci ilin fevralında aktyor bel yırtığı əməliyyatı keçirib. Həmin əməliyyatdan sonra ağciyərində aşkarlanan şiş səbəbindən ikinci dəfə cərrahi müdaxilə olunub. Son illərdə də səhhətində yaranan problemlərlə əlaqədar bir neçə dəfə xəstəxanada müalicə alan Kadir İnanır reabilitasiya prosesindən keçib. 2024-cü ilin mart ayında beynində damar tıxanması (beyin qan dövranı ilə bağlı problem) səbəbindən təcili əməliyyat olunub və uzun müddət reanimasiya şöbəsində müalicə alıb.
-Ailə vəziyyəti necə olub?
Kadir İnanır heç vaxt ailə qurmayıb və övladı yoxdur. O, uzun illərdir aktrisa Jülide Kural ilə birlikdə yaşayıb.
-Nə zaman və hansı səbəbdən dünyasını dəyişib?
Kadir İnanır 26 iyun 2026-cı ildə, 77 yaşında vəfat edib. O, bir neçə həftə reanimasiya şöbəsində müalicə aldıqdan sonra dünyasını dəyişib. Ölümünə səbəb uzun müddətdir davam edən səhhət problemləri olub. Məlumata görə, aktyor əvvəlcə ağciyər infeksiyası (sətəlcəm) və tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Müalicə dövründə vəziyyəti ağırlaşaraq reanimasiyaya köçürülüb və süni tənəffüs aparatına qoşulub. Daha sonra səhhətində yaranan digər ağırlaşmalar nəticəsində vəfat edib. Bəzi məlumatlarda onun inkişaf etmiş ağciyər xərçəngi ilə də mübarizə apardığı bildirilir.
-Kadir İnanırı Azərbaycanla bağlayan hansı məqamlar var?
Azərbaycanda böyük tamaşaçı sevgisi qazanmışdı. Onun rol aldığı "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Tomruk", "Yılanların Öcü", "Derman", "Kara Gözlüm" kimi filmlər uzun illər Azərbaycan televiziyalarında nümayiş etdirilib və aktyor burada da Yeşilçamın ən sevilən simalarından biri kimi tanınıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır
-
Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edir
-
Xalqın döyərək öldürdüyü şair - Seyid Əzim Şirvani (Foto/Video)
-
Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş





