Su, yaşıl çay və kefiri unudun - Ən sağlam içki bu imiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İllərdir ən faydalı içkinin su, yaşıl çay və ya kefir olduğu deyilirdi, lakin yeni elmi araşdırmalar tamam fərqli bir nəticəyə gətirib çıxarıb. Mütəxəssislərin fikrincə, müntəzəm qəbul edildikdə ən sağlam içki... qəhvədir.
Milli.Az xəbər verir ki, qəhvəni düzgün miqdarda və uyğun saatda qəbul etmək, həm fiziki, həm də zehni sağlamlıq üçün əhəmiyyətli faydalar verir. Üstəlik, bu təsir təkcə enerji verməklə məhdudlaşmır.
"National Heart, Lung, and Blood Institute" tərəfindən aparılan araşdırmalar, səhər saatlarında qəhvə içən şəxslərdə ürəklə əlaqəli olmayan səbəblərdən ölüm hallarının daha aşağı olduğunu müəyyən edib. Tədqiqatlar göstərir ki, kofein damar sağlamlığına müsbət təsir edərək qan dövranını dəstəkləyir.
Mütəxəssislər qəhvənin metabolizmi sürətləndirdiyini, diqqəti artırdığını və ürək sağlamlığına töhfə verdiyini vurğulayırlar.
"World Cancer Research Fund International" tərəfindən dəstəklənən başqa bir araşdırmada isə, qəhvə və çayın sağlam şəkildə istehlak edilməsinin baş və boyun xərçəngi riskini azalda biləcəyi bildirilir.
Qəhvənin tərkibindəki yüksək antioksidanlar hüceyrələri sərbəst radikallardan qoruyur. Bu xüsusiyyət bədənin qocalma prosesini yavaşladır və immunitet sistemini gücləndirir. Mütəxəssislərin fikrincə, qəhvə bu tərəfi ilə sadəcə bir içki deyil, təbii bir qoruyucu qalxan kimidir.
Qəhvənin faydalarından yararlanmaq üçün gündə 1-2 fincan qəbul etmək kifayətdir. Həddindən artıq kofein isə ürək döyüntüsü, yuxusuzluq və təzyiq problemlərinə səbəb ola bilər.
Mütəxəssislər qəhvənin şəkərsiz, qatqısız və sadə şəkildə istehlak edilməsini tövsiyə edir.
Qəhvəni səhər saatlarında içmək təsirini artırır. Günə enerjili başlamaq, zehni performansı yüksəltmək və metabolizmi sürətləndirmək üçün səhər saatları ən ideal vaxt hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib





