Şou-biznes

Xanəndə aparıcıya əsəbiləşib efirdən GETDİ: məşhur müğənni ilə sevgisini ifşa etdi - VİDEO

22 Oktyabr 2025 17:00
Baxış: 1 223
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aparıcı Gülər Nəhmət ilə xanəndə Pərvaz İbrahimli arasında canlı efirdə gərgin anlar yaşanıb.

Milli.Az xəbər verir ki, veriliş zamanı aparıcının verdiyi şəxsi sual müğənninin narazılığına səbəb olub.

Gülər Nemət Pərvaz İbrahimliyə "Məşhur bir müğənni ilə sevgi həyatı yaşamısınızmı?" sualını ünvanlayıb. Bu suala sərt reaksiya göstərən sənətçi aparıcının sözlərinə əsəbiləşərək efiri tərk edib.

Verilişin digər aparıcısı Əli Mirəliyev vəziyyəti yumşaltmağa çalışsa da, gərginlik bir müddət davame edib.

Sözügedən hadisə sosial şəbəkələrdə sürətlə yayılıb və izləyicilər arasında böyük müzakirəyə səbəb olub. Bir çoxları aparıcının sualını "sərhəddi aşmaq" kimi qiymətləndirib, digərləri isə bunun "reytinq üçün yaradılan vəziyyət" olduğunu düşünüblər.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.