Texnologiya

“WhatsApp”dan daha bir yenilik

22 Oktyabr 2025 21:56
Baxış: 378
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WhatsApp" yeni funksiya üzərində işləyir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "WhatsApp"da naməlum kontaktla videozəng zamanı ekranlarını paylaşmağa cəhd edilərsə, istifadəçilərə xəbərdarlıq etməyə başlayacaq.

Oxşar təhlükəsizlik funksiyası feysbukda da tətbiq olunacaq.

Yenilik fırıldaqçıların özlərini bankların, aviaşirkətlərin və digər təşkilatların müştəri xidmətlərinin işçiləri kimi təqdim etdikləri geniş yayılmış saxtakarlıq sxeminin qarşısını almağa yönəldiləcək.

Bildirilir ki, onlar saxta brend profilləri yaradır, şirkətlərin rəsmi səhifələrində şərh yazan istifadəçilərlə əlaqə qurur və kömək adı altında onları ekran paylaşımını aktivləşdirməyə inandırırlar.

"Meta" qeyd edir ki, şübhəli fəaliyyət aşkar edilərsə, onun süni intellekti istifadəçiyə potensial saxtakarlıq sxemi barədə məlumat verəcək və şübhəli hesabı bloklamaq və şikayət vermək kimi müdafiə variantlarını təklif edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.