Ölkə

Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı

22 Oktyabr 2025 22:23
Baxış: 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov Milli.Az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Muradov Fariz Murad oğlu saxlanılıb.

Oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.