Dünya

Toyu ilə dünyaya səs salan hindistanlı bu dəfə qonağı ilə gündəm oldu - FOTO

18 Dekabr 2025 00:47
Baxış: 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi Hindistana səfəri çərçivəsində Gujarat ştatının Jamnagar şəhərində yerləşən Vantara Vəhşi Təbiətin Qorunması Mərkəzini ziyarət edib. Messi bu səfər zamanı Anant Ambani və Radhika Merchant ilə birlikdə mərkəzdə olub.

Milli.Az xəbər verir ki, Messi Hindistanın ən böyük vəhşi heyvanların xilas edilməsi və reabilitasiyası mərkəzi olan Vantara-da ənənəvi dini mərasimlərdə iştirak edib, dualar edib və burada qorunan xilas edilmiş heyvanlarla yaxından tanış olub. Futbol ulduzu həmçinin mərkəzdə saxlanılan aslanlarla birlikdə şəkil çəkdirib ki, bu da sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Səfər zamanı Inter Miami klubundakı komanda yoldaşları da Lionel Messi ilə birlikdə olub. Mərkəzdə aparılan mühafizə və bərpa işləri ilə yaxından tanış olan Messi, Vantara-nın vəhşi təbiətin qorunması istiqamətində gördüyü işlərə yüksək qiymət verib.

Vantara mərkəzi Hindistanda vəhşi heyvanların qorunması, müalicəsi və təbii mühitə qaytarılması məqsədi ilə yaradılıb və beynəlxalq səviyyədə tanınır. Lionel Messinin bu ziyarəti mərkəzin qlobal miqyasda diqqət çəkməsinə səbəb olub.

Qeyd edək ki, Anant Ambani ötən il 600 milyon dollar dəyərindəki dəbdəbəli toyu ilə dünya mediasının gündəminə gəlmişdi. Onun atası Mukeş Ambani isə 108 milyard ABŞ dolları həcmində sərvəti ilə Asiyanın ən varlı, dünyanın isə 13-cü ən zəngin insanı hesab olunur.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.