53 yaşlı həkim 30 xəstəni qəsdən zəhələyibmiş.
Milli.Az xəbər verir ki, hadisə Fransada baş verib.
Fransa məhkəməsi 53 yaşlı həkim Frédéric Péchier-i ömürlük həbs cəzasına məhkum edib.
Prokuror onu "tarixin ən böyük cinayətkarlarından biri" adlandırıb və deyib ki, o, tibb alətindən insanları öldürmək üçün istifadə edib.
O, 2008-2017-ci illərdə 30 xəstəni zəhərləməkdə ittiham olunub. Onlardan 12-si ölüb.
O, Besançon şəhərində iki klinikada anestezioloq işləyirdi. Onun xəstələri şübhəli şəkildə ürək tutması keçiriblər. Bəzilərinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əvvəllər həmkarları tərəfindən bacarıqlı həkim kimi tanınan Péchier 8 il əvvəl istintaqa cəlb olunmuşdu.
İsmayıl
Milli.Az





