Cəmiyyət

Vüqar Əhmədə vəzifə verildi

17 Dekabr 2025 21:32
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd 52 ölkədən 130 alimin səslərini qazanaraq əsas ofisi Çinin Honkonq şəhərində yerləşən Asiya Elmlər Akademiyasına üzv seçilib.

Milli.Az xəbər verir ki, bu barədə Ajans.az-a  Ədəbiyyat İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, Vüqar Əhmədlə yanaşı, Asiya Elmlər Akademiyasına şöhrətli Azərbaycan alimləri də rəhbər və üzv seçiliblər: professor Elçin Xəlilov prezident, akademik Ziyad Səmədzadə və professor Ədalət Muradov vitse-prezident, professorlar Mahirə Hüseynova (akademik), Məhbubə Vəliyeva (akademik), Vahid Novruzov (akademik).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.