Mədəniyyət

Mərhum Əməkdar artistin oğlu: Onun yoxluğu ilə barışa bilmirəm

18 Dekabr 2025 14:44
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrının mərhum direktoru, Əməkdar artisti Yadigar Muradovun doğum günüdür.

Bu məqsədlə teatrda aktyorun xatirəsinə həsr olunmuş "Səhnəmizin Yadigarı" adlı xatirə gecəsi keçiriləcək. Gecənin sonunda Yadigar Muradovun quruluş verdiyi Ə. Haqverdiyevin "Dağılan Tifaq" pyesi əsasında hazırlanan tamaşa nümayiş olunacaq.

Milli.Az xəbər verir ki, Yadigar Muradovun oğlu, Salyan Dövlət Kuka Teatrının direktoru Yaşar Murdaov Qaynarinfo-ya açıqlamasında bildirib ki, atasının yoxluğu ilə hələ barışmayıb:

"Atamın yeri evdə də, teatrda da bilinir. Həyatdır da, bilmək olmur ki, qarşıda səni nə gözləyir. Mən özüm də musiqi ilə məşğulam, həm də Salyan Dövlət Dram Teatrının direktoruyam. İfaçılıqla da məşğulam. Atamın davamçısı da sayılıram".

Xatırladaq ki, Şuşa Dövlət Dram Teatrının direktoru Yadigar Muradov uzun sürən xəstəlikdən sonra noyabrın 18-də dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.