Cəmiyyət

Əli Əsədov sərəncam imzaladı

17 Dekabr 2025 16:53
Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-2030-cu illəri əhatə edən dövrdə Azərbaycanın ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet hesab olunan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili nəzərdə tutulur.

Tədbirlər Planına uyğun olaraq, bu proqramların tətbiq ediləcəyi ali təhsil müəssisələrində:

təhsil proqramları xarici universitetlərin təcrübəsi əsasında hazırlanacaq,

tədris prosesi beynəlxalq təcrübə nəzərə alınmaqla təşkil olunacaq,

elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, Azərbaycan alimlərinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə məqalələrinin dərcinin təşviqi həyata keçiriləcək.

Eyni zamanda, ikili diplom proqramları çərçivəsində fəaliyyət göstərən yerli və əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyəti monitorinq ediləcək, tədris prosesinin nəticələri qiymətləndiriləcək.

Sərəncamda dövlət vəsaiti və ya şəxsi vəsait hesabına bu proqramlar üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması, proqramların maliyyələşdirilməsi və dayanıqlılığına dair mexanizmlərin hazırlanması, eləcə də maliyyə vəsaitlərinin xərclənməsinə nəzarətin həyata keçirilməsi də nəzərdə tutulur.

Tədbirlər Planının icrasında Elm və Təhsil Nazirliyi, Nazirlər Kabineti, Dövlət Neft Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti və tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.