Gürcüstanda zəif yeraltı təkanlar qeydə alınıb.
Milli.Az-ın məlumatına görə, Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi 3,4 maqnitudalı zəlzələnin baş verdiyini açıqlayıb.
Məlumata əsasən, zəlzələ Tbilisi vaxtı ilə saat 13:26-da qeydə alınıb. Yeraltı təkanların episentri Mtsxeta şəhərindən təxminən 5 kilometr qərbdə, Dzeqvi yaşayış məntəqəsi ərazisində yerləşib.
Bildirilib ki, zəlzələ Gürcüstanın paytaxtı Tbilisidə də hiss edilib.
Milli.Az





