Qoroskop

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

16 Dekabr 2025 18:27
Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astrologiyaya görə, bürclər insan xarakterinin formalaşmasında mühüm rol oynayır. Bəzi bürclər isə təbiətən daha mərhəmətli, şəfqətli və xoşməramlı olurlar. 

Milli.Az xəbər verir ki, astroloqların fikrincə, ürəyi pambıq kimi yumşaq olan, hətta qarışqaya belə zərər verməyən bürclər bunlardır:

Balıq

Astrologiyada ən emosional bürclərdən biri sayılan Balıqlar güclü empatiya qabiliyyətləri ilə seçilirlər. Ətrafındakı insanların hisslərini dərindən anlayır, hər kəsə qarşı anlayış və mərhəmətlə yanaşırlar. Məhz buna görə də çətin anlarda bir çox insan təsəllini Balıqlarda tapır.

Xərçəng

Balıqlar qədər duyğusal olan Xərçənglər fədakar və qayğıkeş təbiətləri ilə tanınırlar. Başqalarının ehtiyaclarını öz ehtiyaclarından üstün tutan bu bürc nümayəndələri tanıyıb-tanımamasından asılı olmayaraq köməyə ehtiyacı olan hər kəsin yanında olmağa çalışırlar. Onların şəfqəti çoxları üçün təhlükəsiz bir sığınacaq kimidir.

Şir

Diqqət mərkəzində olmağı sevən Şirlər güclü eqolarına baxmayaraq olduqca səxavətli və mərhəmətli ola bilirlər. Xüsusilə sevdikləri insanlar üçün hər cür fədakarlığa hazırdırlar. Başqalarının problemlərini öz problemləri kimi qəbul edir və həll yolu tapmaq üçün səylərini əsirgəmirlər.

Qız

Yer ünsürünə aid olan Qız bürcü nümayəndələri şəfqətlərini səs-küylü sözlərlə deyil, sakit və təsirli davranışlarla göstərirlər. Onlar səssizcə dəstək olur, lazım olan anda yanlarında olduqlarını hiss etdirirlər. Kiçik, lakin mənalı hərəkətləri ilə insanların həyatına toxunmağı bacarırlar.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.