Daha yaxşı cinsi həyatın sirri bu qidalanma tərzində imiş - açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə tibb dünyasında Aralıq dənizi (Akdeniz) tərzində qidalanmanın həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı yaxşılaşdırdığı barədə müzakirələr artıb. Çinli alimlər tərəfindən aparılan yeni bir araşdırma göstərib ki, bu qidalanma tərzini seçən insanlar daha güclü çanaq (pelvik) əzələlərinə malik olur və nəticədə cinsi sağlamlıqları daha yaxşı səviyyədə olur.
Milli.Az xəbər verir ki, sağlam qidalanmanın bir çox xroniki xəstəliklərin qarşısını almaqda mühüm rol oynadığı artıq məlumdur. Lakin bu dəfə alimlər pelvik disfunksiya adlanan, yəni cinsi fəaliyyət pozğunluğu və sidik qaçırma kimi problemlərlə əlaqədar qidalanmanın təsirinə diqqət yönəldiblər.
Tədqiqatçılar 31 elmi araşdırmadan əldə edilən məlumatları təhlil ediblər.
Nəticədə məlum olub ki, zeytun yağı, qoz-fındıq, az yağlı zülallar, meyvə və tərəvəz kimi antiiltihabi (anti-enflamatuar) qidalarla zəngin pəhriz qəbul edən şəxslərdə:
Cinsi funksiyalar yaxşılaşıb,
Sidik qaçırma simptomları azalıb.
Əksinə, ağ çörək, şəkər, doymuş yağlar və çox emal olunmuş (fast food tipli) məhsullardan ibarət pəhriz bu problemlərin riskini artırıb.
Aralıq dənizi pəhrizinin müsbət təsiri təkcə antiiltihabi xüsusiyyətləri ilə məhdudlaşmır.
Alimlərin sözlərinə görə, zeytun yağı və polifenollarla zəngin tərkib, ereksiya üçün vacib olan nitrik oksidin istehsalını artırır. Bu isə qan dövranını və damar sağlamlığını yaxşılaşdıraraq həm kişilərdə, həm də qadınlarda cinsi funksiyanı gücləndirir.
Tədqiqatda o da vurğulanıb ki, sağlam qidalanma ilə bədən çəkisinin azalması arasında güclü əlaqə var. Artıq çəki pelvik əzələlər və sidik kisəsi üzərində təzyiq yaradır, bu da qarın daxili təzyiqin artmasına və sidik qaçırma simptomlarının pisləşməsinə səbəb olur.
Beləliklə, çəki itirilməsini təşviq edən hər hansı pəhriz, bu simptomların azalmasına kömək edə bilər.
Pelvik əzələləri gücləndirmək üçün Kegel məşqləri hələ də ən təsirli üsullardan biri hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)





