Dərmansız yüksək təzyiqin qarşısını belə alın - Kardioloqdan məsləhət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnfarkt və insultun əsas səbəbi sayılan yüksək qan təzyiqi (hipertoniya) dünyada milyonlarla insanın həyatına təsir edir. Mütəxəssislər bildirirlər ki, bu xəstəlik çox vaxt simptom vermədiyi üçün xəstələrin yarısına yaxınında diaqnoz qoyulmur.
Milli.Az xəbər verir ki, kardiologiya professoru Rasha Al Lamee vurğulayır ki, yüksək təzyiqin qarşısını almaq üçün ən mühüm addım həyat tərzini dəyişməkdir - o cümlədən duzun azaldılması, sağlam qidalanma, fiziki aktivlik və stresin idarə olunması.
Duz istehlakını azaldın
Böyük Britaniyada böyüklər gündə orta hesabla 8-9 qram duz qəbul edir, halbuki norma 6 qramdan çox olmamalıdır. Duz qəbulunu azaltmaq qan təzyiqini aşağı salmağa kömək edir. Evdə bişmiş yeməklərə üstünlük vermək və hazır qidaları məhdudlaşdırmaq tövsiyə olunur.
Kaliumla zəngin qidalar yeyin
Kalium natriumun təsirini balanslaşdırır və qan təzyiqini normallaşdırır. Banan, kivi, avokado, lobya, mərcimək, göyərti və qatıq bu mineralla zəngindir. Lakin kaliumun həddən artıq qəbulu da sağlamlıq üçün təhlükəlidir.
Çəki və hərəkət vacibdir
Hətta 5-10% çəki itkisi qan təzyiqini aşağı sala bilər. Professor Al Lamee həftədə ən azı üç dəfə 20 dəqiqəlik ürək döyüntüsünü artıran idman növləri ilə məşğul olmağı məsləhət görür.
Alkoqol və siqareti tərgidin
Spirtli içkilər və siqaret qan damarlarını daraldaraq təzyiqi yüksəldir. Mütəxəssislər həftədə 14 vahiddən çox alkoqol qəbul etməməyi və siqaretdən tamamilə imtina etməyi tövsiyə edir.
Sağlam pəhriz və yuxu rejimi
Aralıq dənizi pəhrizi - meyvə, tərəvəz, taxıl, paxlalı və zeytun yağı ilə zəngin qidalanma - qan təzyiqini tənzimləməyə kömək edir. Stressin azaldılması, yoqa və 7-8 saatlıq yuxu da sağlam ürək üçün vacibdir.
Mütəxəssislər qeyd edirlər ki, bu sadə vərdişləri həyat tərzinə daxil etməklə yüksək qan təzyiqinin qarşısını dərmansız və təbii şəkildə almaq mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu





