Brauzer sahəsində yeni era başlayır - Kim hansı sayta giribsə izlənəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
OpenAI yeni süni intellektli "Atlas" brauzerini təqdim edib.
Milli.Az xəbər verir ki, "ChatGPT"nin yaradıcıları OpenAI şirkəti "Atlas" adlı yeni brauzerini rəsmi şəkildə istifadəyə verib.
Proqram hələlik yalnız macOS istifadəçiləri üçün əlçatandır, lakin yaxın zamanda Windows, iOS və Android versiyalarının da təqdim olunacağı gözlənilir.
Yeni brauzer görünüşcə adi brauzerlərə bənzəsə də, əsas fərqi "ChatGPT"nin dərin inteqrasiyası ilə bağlıdır. İstifadəçi istənilən səhifədə yan paneldə süni intellektlə ünsiyyət qura, səhifənin qısa xülasəsini istəyə, məhsulları müqayisə edə və ya məlumatları təhlil etdirə bilər.
Əsas yenilik "agent rejimi" adlanır. Bu funksiya "ChatGPT"yə saytlarla birbaşa qarşılıqlı əlaqə qurmağa imkan verir, lakin istifadəçi prosesə tam nəzarət edir. OpenAI-nin nümayişində süni intellekt "Instacart" saytında reseptə uyğun ərzaqları özü sifariş edib.
"Atlas" həmçinin mətnlərin, e-poçtların və sənədlərin redaktəsində kömək edir, istifadəçinin yazı tərzini uyğunlaşdırır və keçmiş axtarış tarixini təhlil edərək öncə baxılmış səhifələr haqda suallara cavab verə bilir.
İstifadəçilər brauzerin məxfilik parametrlərini idarə edə, məlumatların model təlimi üçün istifadəsini qadağan edə, baxış tarixçəsini silə və söhbətləri arxivləşdirə bilərlər.
"Atlas" pulsuz təqdim edilir, lakin "agent rejimi" ilk mərhələdə yalnız ChatGPT Plus, Pro və Business abunəçiləri üçün aktiv olacaq.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
XƏBƏR LENTİ
-
Populyar səhər vərdişi qan təzyiqini artırır: Risk qrupları açıqlandı
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Sobaya dəsmal asanlara mütəxəssislərdən xəbərdarlıq: Dərhal yığışdırın!
-
Fədayə Laçın vəfat edən Xalq artistinin arxiv fotosunu paylaşdı
-
ABŞ-də təyyarə qəzası - sərnişinlərin hamısı öldü
-
“Arsenal” səfərdə “Liverpul”u məğlub edib
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi





