İdman

"Atletik"in baş məşqçisi: "Qarabağ" bizə qol vuranda bunu sakit qarşıladım"

23 Oktyabr 2025 00:37
Baxış: 332
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" "Atletik Bilbao"ya qol vuranda rəqib komandanın baş məşqçisi Ernesto Valverde bunu sakit qarşılayıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu "Atletik"in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunundan sonra fikirlərini bölüşüb:

"Onlar bizə qol vuranda bunu sakit qarşıladım. Çünki qarşıda çox vaxt var idi. Hiss etdim ki, qarşılaşmaya həyəcanlı başladıq. Birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Lakin sonradan ağıllı oynadıq və sürəti artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Yüksək tempi saxlamaq bir o qədər asan olmadı. Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.