Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim İsmayılovla Şamil Kamilov küçələrinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, "Ford" markalı minik avtomobili dönmə zamanı "Ford Transit" yük maşını ilə toqquşub. Zərbənin təsirindən "Ford Transit" yol kənarında park edilmiş "BMW X5" markalı avtomobilə çırpılıb və aşıb.
Qəza nəticəsində "Ford" sedanın sürücüsü diz nahiyəsindən xəsarət alıb.
Ona hadisə yerində ilkin tibbi yardım göstərilib, lakin o, xəstəxanaya aparılmaqdan imtina edib.
Ümumilikdə üç avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı araşdırma aparılır.
-------
Paytaxtın Bakıxanov qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, "Hyundai iX35", "BMW X5" və "Ford" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində "Ford" markalı nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Qəzanın səbəbləri araşdırılır.
Milli.Az