İdman

Qurban Qurbanov həmin epizod haqda - “Bəziləri var dedi, bəziləri yox”

23 Oktyabr 2025 00:51
Baxış: 434
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

əXəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində keçirilən "Qarabağ" - "Atletik" matçında mübahisəli epizod qeydə alınıb.

Milli.Az-ın məlumatına görə, qarşılaşmanın 73-cü dəqiqəsində "Atletik Bilbao"nun müdafiəçisi Yuri Berçiçe cərimə meydançasında "Qarabağ"ın futbolçusu Mateus Silvaya qarşı kobud oynayıb.

Lakin Xorvatiyadan olan hakim İqor Payaç penalti təyin etməyib. 

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında həmin epizodu matçın qırılma nöqtəsi kimi dəyərləndirib:

"Bəzi epizodlar var ki, orada daha soyuqqanlı və dəqiq olmaq lazım idi. Bəlkə də, penalti epizodu matçın qırılma nöqtəsi ola bilərdi. Bəziləri dedi, var, bəziləri yox. Düzdür, mən özüm görməmişəm. Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.