Ölkə

Ağdaş rayonunda su problemi yaşanır - Təsərrüfatlar susuz qalıb - VİDEO

11 Avqust 2021 11:06
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanaldan su bol axır, lakin sakinlər sahələrini suvara bilmir. Səbəb isə  supaylayıcı hidroqurğuların olmamasıdır.

Milli.Az Xezerxeber-ə istinadən bildirir ki, Ağdaş rayonunun Qobuüstü kənd sakinləri bu qurğuların olmaması səbəbindən əkdikdiləri çəltiyi, bostanı, yonca  sahələrini süvarmaqda  çətinlik çəkirlər.

Məsələ ilə bağlı Ağdaş Suvarma Sistemləri İdarəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, Qobuüstü kəndi ərazisində 770 hektar  sahə hazırda suvarma suyu ilə təmin edilib. Əkin sahələrinə suyun verilməsində L 1 və L 2 adlı kanallardan istifadə olunur. Sözügedən hidroqurğulardan L1 kanalında yoxdur. 

Bildirildi ki,   L1 kanalında idarə tərəfindən plana salınaraq layihələndirmə işləri aparılacaq. Bundan sonra  sözügedən problem aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.