Türkiyəli Osman Albayrağın rejissorluğu ilə ərsəyə gələn "Yarımdünya" filminin qala-gecəsi baş tutub.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, ekran işində əsas rollarda müğənni Miri Yusif, aparıcı Tural Əsədov, model Gülsara, aktrisa Pərvin Abıyeva və Qurban İsmayılov çəkiliblər.
Filmlə bağlı təəssüratlarını bölüşən Miri Yusif bunları deyib:
"Filmə ilk dəfə təqdimat günü baxdım. Bir aya yaxın vaxt ərzində çəkilişlər başa çatdı. Ssenari mənə veriləndə rejissordan bir istəyim var idi: danışıq tərzimi olduğu kimi saxlamaq. Çünki mən gündəlik həyatda dostlarımla necə danışıramsa, burada da elə olmalı idi. Bura söyüş də daxildir. Məncə, belə daha maraqlı alınıb. Filmdə aktyor Kamran Ağabalayevin məni döydüyü səhnələr realdır. Burnumda əyrilik var idi. Türkiyəyə müalicəyə gedəcəkdim. Kamran vurdu, düzəldi. Sağ olsun" (gülür).
T.Əsədov "Yarımdünya" ilə bağlı #sevgiyoxdur haştaqını yaratdıqlarını bildirib:
"Bu cür etdik ki, hər kəsdə maraq doğursun. Bu, düşünülmüş addım idi. Sevgi var, ya yoxdur?"
Rejissor Osman Albayraq isə aktyor heyətindən razılıq edib:
"Hər kəs öz obrazının öhdəsindən layiqincə gəldi".
Əlavə edək ki, ekran işinin ssenari müəllifi Mehmet Ulukan, prodüseri isə Tural Əsədovun özüdür. Filmdə səslənən bütün mahnılar Miri Yusifə məxsusdur.
Qala-gecə sənət aləminin tanınmış simalarının iştirakı ilə keçirilib.
Qeyd edək ki, film aprelin 9-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Videonu izləmək üçün şəklə klikləyin.
Şou-biznes
Miri Yusifin çəkildiyi film təqdim olundu - VİDEO - FOTO
7 Aprel 2015 10:01
1 Şərh
Baxış: 5 824
DİGƏR XƏBƏRLƏR
- Aleyna Tilki bu FOTOsu ilə təəcübləndirdi
- 9 il əvvəl çəkildiyi seriala görə prokrorluğa ÇAĞIRILDI: "PKK-ya aid olduğunu..." - FOTO
- Leyla Mustafayeva nadir daş tapdı - FOTO
- "300, 500 manata işləyim?"
- "Umrumda da deyil" - Tənqidlərə cavab verdi
- Qırmızı xalçada dəb yarışı - Məşhurların "Grammy" tərzi - FOTOlar
XƏBƏR LENTİ
- Aleyna Tilki bu FOTOsu ilə təəcübləndirdi
- Ronaldu üçün dünyanın ən güclü klubu - özü açıqladı
- 9 il əvvəl çəkildiyi seriala görə prokrorluğa ÇAĞIRILDI: "PKK-ya aid olduğunu..." - FOTO
- Zelenski: Qərb Ukraynaya nüvə silahı verməlidir
- Leyla Mustafayeva nadir daş tapdı - FOTO
- Orta məktəblərdə təhsilin keyfiyyətini necə artırmaq olar?
- Paytaxt ərazisində evlərin qiyməti nə qədər artıb? - VİDEO
- Əminə Ərdoğan: "Suriyanın yenidən qurulmasında onların yanında olacağıq"
- "300, 500 manata işləyim?"
- “Türkiyənin bu münasibətini heç vaxt unutmayacağıq ”
- Günün qoroskopu: Praktik düşüncələriniz sizi irəlilədəcək
- Gözəllik salonlarında bunlar qadağan olunur
- Prezident Ərdoğan: “Şara ilə hər mövzuda həmfikirik”
- Restoranların "sevgililər günü"nə olan QİYMƏTLƏRİ - VİDEO
- Min dərdə dəva, sehirli içki: Şalqam suyu
- Urmiya şəhərinə yeni başçı təyin edildi
- "Umrumda da deyil" - Tənqidlərə cavab verdi
- Dörd bürc üçün çətin dövr geridə qaldı - şans qapıdadır
- "Qarabağ"dan şok transfer
- Ölkənin "vəziyyətinə baxan" avtoritet turistləri döydü - FOTO
- Qırmızı xalçada dəb yarışı - Məşhurların "Grammy" tərzi - FOTOlar
- Bakıda bir suala görə adam öldürdülər
- "Nazimin durumu bu gün bəlli olacaq"
- Rövşən Mehdiyev həbsdə qaldı