Dünya

Polis rəisi tabeliyindəki məmurla münasibətdə olduğu üçün işdən çıxarıldı

15 Noyabr 2021 12:00
0 Şərh     Baxış: 1 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyada qalmaqala səbəb olan bir sevgi macərası ortaya çıxıb.

Polis rəisi Daniel Qrinvud tabeliyində olan Keytlin Hovart ilə münasibətdə olduğu üçün istintaq altına alınıb. İkili arasındakı mesajlar araşdırılacaq.

İngiltərənin Qərbi Yorkşir Polis Departamentinin əməkdaşı 38 yaşlı Daniel Qrinvud ilə polis əməkdaşı 21 yaşlı Keytlin Hovart arasındakı eşq təşkilatı həyəcanlandırıb. Polis bölməsi daxilində ikili arasında sevgi şayiələri yayılmağa başlayandan sonra Daniel Qrinvud vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az Azxeber.com-a istinadən xəbər verir ki, evli polis rəisinin tabeliyində olan gənc zabitlə bu münasibəti sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb.

Onların arasındakı əlaqəni yoxlamaq üçün müfəttiş təyin edilib. Müstəntiqlər ikisinin əlaqələrini bilmək üçün Qrinvud və Hovartın mesajlarını araşdıracaqlar. Əgər iddialarda olduğu kimi rəislə qadın zabit arasında münasibət olarsa, onların hər ikisinin peşə həyatı təhlükə altına düşəcək.

Qərbi Yorkşir Polis İdarəsi də məsələ ilə bağlı araşdırma başlayıb. Polis idarəsindən qurum daxilində qadağan olan belə vəziyyətin araşdırılması üçün ciddi göstərişlər verilib.

Qrinvud və Hovart indi araşdırmanın nəticələrini gözləyirlər. Qrinvud ailəsi ilə alış-veriş edərkən görüntülənib.

Hovartın isə anası ilə birlikdə yaşadığı evdən çox çıxmadığı və araşdırmanın nəticəsini gözlədiyi ifadə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.