Dünya

Qərb Suriyada yeni savaşa başlayır: Hücum əmri verildi

13 Fevral 2021 10:27
Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Suriyanın Tanf bölgəsində ABŞ, Fransa, Britaniya və bir sıra region dövlətlərinin xüsusi xidmət orqanlarının nümayəndələrinin silsilə görüşləri keçirilib. Görüşlərdə İŞİD terror qruplaşmasının səhra komandirləri də iştirak edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" öz mənbələrinə istinadla məlumat yayıb.

"Görüşlərdə Suriya hökumət qüvvələri və İranın dəstəklədiyi silahlı birləşmələrə, habelə Suriyadakı rus hərbi bazalarına hücumların gücləndirilməsi məsələləri müzakirə edilib. Bundan başqa döyüşçülərə partlayıcı yüklənmiş avtomobillərin istifadəsi də daxil olmaqla Suriyanın hər yerində iqtisadi və nəqliyyat infrastrukturlarına hücum etmək tapşırılıb", - mənbə bildirib.

Məlumata görə, razılaşmalara əsasən, terror qruplaşmaları maliyyə, texnika, sursat və müasir silah sistemləri ilə təmin ediləcəklər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.