Dünya

Misir İsraili məlumatlandırdı: HƏMAS yaxın günlərdə...

12 Noyabr 2023 21:07
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir hakimiyyəti HƏMAS hərəkatının yaxın günlərdə bir neçə girovu azad edəcəyi barədə İsraili məlumatlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Əl Ərəbiyyə" məlumat yayıb.

Kanalın həmsöhbətlərinin sözlərinə görə, İsrail tərəfi HƏMAS-ın girovların ilk qrupunu azad edənə qədər Qəzza zolağında hər hansı atəşkəs və əraziyə yanacaq tədarükündən imtina edib.

Qeyd edək ki, bundan öncə "Röyters" agentliyi HƏMAS hərəkatının "Əş-Şəfa" xəstəxanası ətrafında yaranmış vəziyyətlə əlaqədar girovların azad edilməsi ilə bağlı danışıqları dayandırması barədə məlumat yaymışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.