Dünya

Ukraynada müharibə bitir? - Zelenskidən gözlənilməz açıqlama

8 Mart 2022 13:36
2 Şərh     Baxış: 7 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Krım məsələsini Rusiya ilə müzakirə etməyə hazır olduğunu bildirib.

Milli.Az xəbər verir ki, o, bunu Krımın və Donbasın gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Bildirib ki, Krım və Donbasda gələcəkdə insanların necə yaşayacağını müzakirə etmək və hansısa kompromisə gəlmək olar.

Putinin Ukrayna məsələləri üzrə köməkçisi Medinski də bəyan edib ki, Krım və Donbas məsələsində ümumi razılığa gəlmək olar.

Zelenski eyni zamanda NATO məsələsinə də toxunub: "NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil".

"Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. Ukraynanın üzvülüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam", Volodimir Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.