Dünya

Xarkovda uşaq bağçası vuruldu - Ölən və yaralananlar var - VİDEO- FOTO

22 Oktyabr 2025 16:20
Baxış: 578
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirilib.

Milli.Az xəbər verir ki, Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın ikinci böyük şəhəri Xarkovda yerləşən uşaq bağçasına pilotsuz təyyarələrlə hücum edib.

Xolodnoqirski rayonunda azı üç partlayış baş verib. Özəl uşaq bağçası zərbə nəticəsində ciddi ziyan görüb və hadisə yerində yanğın davam edir. İlkin məlumatlara görə, bir nəfər ölüb, altı nəfər yaralanıb.

Hazırda Xarkovda hadisə yerində fövqəladə xidmətlər və xilasedicilər fəaliyyət göstərir. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.