"Mən demişdim ki, heç kim mənə çaşma deyə bilməz. Bir də baxdım ki, İlhamə xanım efirdə deyir".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı, müğənni Murad Arif verlişdə deyib.
Belə ki, o bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyevanın son qalmaqalı onunla olub.
Murad Arif sənətkar barədə maraqlı açıqlama verib:
"Mən demişdim ki, heç kim mənə çaşma deyə bilməz. Bir də baxdım ki, İlhamə xanım efirdə deyir ki, Murad, çaşma. Veriliş efirə gedəndən sonra zəng etdi ki, mən orda demişəm Murad mənim balamdır. Amma o da desə ki, "heç kim mənə çaşma deyə bilməz, mən deyərəm ki, Murad çaşma. İlhamə xanımın gözəl ürəyi vardı".
M. Arif Flora Kərimovanın böyük heyranı olduğunu da gizlətməyib.
Milli.Az