Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" əfsanəsi əsasında hazırlanan "İki xalça" baletinin dünya premyerası çərçivəsində "Astana Balet" Teatrında "Azərxalça" ASC-nin ekspozisiyası nümayiş etdirilib.
Premyera üçün "Azərxalça"nın ustaları tərəfindən xüsusi olaraq toxunmuş unikal xalça Bakından gətirilərək teatrın foyesində digər eksponatlarla birlikdə sərgilənib. Bu xalça ölkələr arasında mədəni körpünün rəmzi kimi təqdim olunub. Ənənəvi və müasir xalçalardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olub, onlar üçün Azərbaycan xalçaçılıq sənətinə dair ustad dərsi də təşkil edilib.
"Azərxalça" ASC-nin İdarə Heyətinin üzvü və yaradıcı direktoru Əsmər Babayeva ekspozisiyanın və balet premyerasının - dünya klassik incəsənətinin inkişafı, milli irsin təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb:
"Xalqların mədəniyyətlərinin, teatr və dekorativ sənətin bu qədər gözəl vəhdəti ən yüksək qiymətə layiqdir. Layihə üzərində iş bir neçə ay əvvəl başladı. Bizə Azərbaycanın qədim xalçaçılıq sənətinə həsr olunmuş bir hekayə təqdim olundu. A. Kapustinanın müəllifliyi ilə hazırlanmış eskiz əsasında qısa müddətdə böyük komandamız unikal, tək nüsxədə bir xalça toxudu. Bu xalça ekspozisiyada nümayiş olunur və sanki teatr hadisəsinin bir iştirakçısına çevrilib. Burada həmçinin 'Azərxalça'nın zəngin kolleksiyasına daxil olan nadir nümunələr də təqdim olunub ki, Qazaxıstan tamaşaçıları bizim xalçaçılıq sənətimizlə yaxından tanış ola bilsinlər. Əminəm ki, 'İki xalça' baleti böyük uğurla dünyanın müxtəlif səhnələrində, eləcə də Azərbaycanda nümayiş etdiriləcək," - deyə Əsmər Babayeva bildirib.
Qonaqlar arasında Azərbaycan Mədəniyyət Nazirliyinin müşaviri Oleg Amirbekov, "Azərxalça"nın sərgi mərkəzinin direktoru Rza Həsənov, həmçinin Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndələri də olub.
Xatırladaq ki, "Astana Balet" Teatrında iki gün ərzində böyük uğurla nümayiş etdirilən "İki xalça" baleti Mosaic Del Arte tərəfindən "Şirvan xalçası" - Luvr kolleksiyasına daxil olan qara-qırmızı xalça əsasında hazırlanıb.
Yaradıcı kollektivin tərkibinə daxil olanlar: Valeri Kopeykin - librettosunun müəllifi, baş prodüser, Aleksandr Moqilev - baletmeyster-quruluşçu, rejissor, Arseniy Smirnov - bəstəkar, Anastasiya Kapustina - rəssam-quruluşçu, İqor Çapurin - kostyum rəssamı, Asel Abakayeva - repetitor-pedaqoq, Janna Yeqorova - Mosaic Del Arte şirkətinin baş direktoru, Mixail Çernıx - prodüser.
Baş rolları Tatiana Ten (Leyla), Sundet Sultanov / Erkanat Ermağambet (Samir), Nataliya Fernandes Menes (Marqo) ifa ediblər. Səhnədə həmçinin "Astana Balet" teatrının artistləri və Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının tələbələri çıxış ediblər - layihədə ümumilikdə 140-dan çox şəxs iştirak edib!
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Astana Balet” Teatrında “İki xalça” baletinin dünya premyerası çərçivəsində “Azərxalça”nın ekspozisiyası təqdim olunub – FOTO
22 Oktyabr 2025 18:07
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib - FOTO
-
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir - FOTO
-
2025-də onları itirdik - FOTO
-
"İlhamə Quliyeva dedi ki, Mədəniyyət naziri özüməm, kimi istəsəm o da xalq artisti olacaq"
-
Unudulmaz Maestro Vaqif Mustafazadə – caz ulduzlarının iştirakı ilə möhtəşəm konsert Bakıda - VİDEO - FOTO
-
XVI Bakı Beynəlxalq Kinofestivalının təntənəli açılışı keçirildi – 34 ölkədən 78 film təqdim olunur - FOTO
XƏBƏR LENTİ
-
Qəhvə "Alzeymer" xəstəliyindən xilas edir - ARAŞDIRMA
-
Qış aylarında artan iştahanın səbəbi görün nə imiş
-
Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir
-
Ozana dəstək üçün Türkiyəyə getdilər - FOTO
-
İlk dəfə həmin vəzifəyə namizədlərin adını çəkdi
-
Baldızı oğlunun güllələnməsi xəbərinə İsa Həbibbəylidən reaksiya - YENİLƏNİB
-
Süni intellektdən istifadə edən uşaqlarda ciddi risklər üzə çıxdı
-
Vəfat edən şəxsin pensiyasını almaq üçün şərtlər
-
Akif Hacıyev vəfat etdi
-
Dünyanın ən çox satılan avtomobili açıqlandı: nə Hyundai, nə də Tesla!
-
SSRİ-nin yaratdığı “Qiyamət günü” stansiyası qəribə mesaj verdi
-
Külli miqdara pul köçürmələri, kupon şəkilləri, "WhatsApp" yazışmaları
-
“Hamımız birlikdə azarkeşlərimizi üzdük” - Sənan Qurbanov
-
Göygöldə ağır qəza - ölən və yaralanan var
-
Günün qoroskopu: Duyğusal mövzularla bağlı etiraf eşidə bilərsiniz
-
"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
Yaponiyada 7,2 ballıq zəlzələ oldu - yaralılar var - YENİLƏNİB
-
“Sülh planı 28-dən 20 bəndə endirilib”
-
"Veteran pulu" ilə bağlı xoş xəbər
-
Libido artıran qida əlavəsi ilə bağlı xəbərdarlıq - İlk dəfə qeydə alındı: Sağlam qadında belə...
-
“Neftçi” “Sabah”a məğlub oldu
-
“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir”
-
“Könül Kərimova məni blok etdi”
-
Paşinyan yeni müşavir təyin edib





