Cəmiyyət

Bu küçədə mikromobillik zolağının təşkilinə başlanıldı - FOTO

22 Oktyabr 2025 17:20
Baxış: 378
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. 

Milli.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. 

Məlumata əsasən, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. 

Görülən işlər çərçivəsində daha əvvəl Xaqani küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsinədək təşkil edilən mikromobillik şəbəkəsi hazırda Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər uzadılır.
Bununla da Xaqani küçəsində olan zolaqlar Bülbül prospektindəki zolaqlarla əlaqələndirilir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək. 

Asya Hüseyn
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.