Hadisə

"Bakubus" sürücüsü sərnişinlərin başına oyun açdı: yaşlı qadının halı PİSLƏŞDİ - VİDEO

22 Oktyabr 2025 14:10
Baxış: 1 136
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"BakuBus"un 3 nömrəli avtobusunda insident yaşanıb.

Milli.Az xəbər verir ki, sözügedən avtobusda xoşagəlməz hadisə baş verib.

Məlumata görə, yaşlı bir qadın sıxlıq səbəbi ilə arxa qapıdan minib əyləşdiyi üçün avtobusun sürücüsü nəqliyyat vasitəsini hərəkətə gətirməkdən imtina edib. Bu isə avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olub.

Gərginlik zamanı yaşlı sərnişinin halı pisləşib. Sürücü şikayət əsnasında nəqliyyat vasitəsini hərəkətə gətirib. "Gənclik" metrosu yaxınlığında isə  avtobusu dayanacaqda deyil, yolun əks istiqamətindəki saxlanma yerində saxlayaraq sərnişinlərə "arxadan gələn avtobusa minin, avtobus işləmir" deyib.

Hadisə şahidlərindən biri baş verənləri mobil telefonla lentə alıb və görüntüləri sosial şəbəkədə paylaşaraq sürücüdən şikayət edib.

Məsələ ilə bağlı "BakuBus"dan hələlik rəsmi açıqlama verilməyib. Sosial şəbəkə istifadəçiləri sürücünün bu davranışını sərnişinlərə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.