Türkiyə

Qorxu dolu anlar: Türkiyədə təyyarəni ildırım vurdu - VİDEO

5 Aprel 2025 22:53
Baxış: 1 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə "Pegasus" aviaşirkətinə məxsus, İstanbul-Bodrum reysi ilə uçan təyyarə Bodrumun Milas hava limanına eniş edə bilməyib və Dalaman hava limanına istiqamətləndirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hava şəraiti yaxşılaşdıqdan sonra yenidən Bodruma uçan təyyarəni ildırım vurub. Lakin təyyarə heç bir problem olmadan eniş edib və texniki qruplar tərəfindən aparılan müayinədə heç bir fəsad aşkar edilməyib.

Egey bölgəsindəki əlverişsiz hava şəraiti uçuşlara mənfi təsir göstərsə də, "Pegasus" təyyarəsi təhlükəsiz şəkildə Dalaman hava limanına eniş edib. Daha sonra hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə Bodruma yola düşüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.