“Neandertallar niyə yox oldu?” sualına yeni cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təxminən 40 min il əvvəl nəsli kəsilən Neandertalların yox olmasının səbəbi hələ də tam məlum deyil. Lakin son araşdırmalar bu qədim insanların yox olmasında müasir insanların (Homo sapiens) mühüm rol oynamış ola biləcəyini göstərir.
Milli.Az xəbər verir ki, müxtəlif nəzəriyyələrə görə, Neandertalların yox olmasına ya Homo sapiens-lə aralarında baş verən qarşıdurmalar, ya da genetik və sosial fərqlər səbəb olub. Son ehtimala görə isə, bu fərqlər Neandertalları tədricən zəiflədərək məhv olmalarına gətirib çıxarıb.
Genetik tədqiqatlar göstərir ki, iki növ - Neandertallar və Homo sapiens - təxminən 45-50 min il əvvəl bir-biri ilə cütləşib. Hətta bu gün Afrikadan kənar yaşayan insanların genomunun təxminən 2 faizi Neandertallardan gəlir.
Lakin maraqlıdır ki, mitoxondrial DNT-də (yalnız anadan keçən genetik materialda) Neandertallara aid heç bir iz tapılmayıb. Bu da alimləri yeni suallar üzərində düşünməyə vadar edib.
Zürix Universitetindən Patrik Eppenberger və onun komandası bu sirri izah edə biləcək yeni bir nəzəriyyə irəli sürüb. Onların fikrincə, Neandertal ata və Homo sapiens ana tərəfindən yaranan bəzi qarışıq nəsillərdə (melezlərdə) genetik uyğunsuzluq səbəbindən hamiləlik uğursuz nəticələnə bilərdi.
Alimlər PIEZO1 adlı, qanda oksigen daşınmasında mühüm rol oynayan geni araşdırıblar. Onlar həm Neandertal, həm də müasir insan DNT-sində bu genin iki fərqli variantını - V1 və V2 - modelləşdiriblər.
Nəticədə məlum olub ki, Neandertal variantı (V1) oksigeni daha güclü bağlayır. Bu isə o deməkdir ki, V1 geninə sahib ana, V2 geninə sahib döl daşıyanda, plasenta vasitəsilə oksigen ötürülməsi çətinləşə bilər. Nəticədə, döl az oksigen alar, bu da böyümənin zəifləməsinə və ya düşüyə səbəb ola bilər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, Neandertallar və Homo sapienslər min illərlə birgə yaşayıblar və bu dövrdə az miqdarda olsa da, gen mübadiləsi baş verib. Lakin bu qarşılıqlı əlaqə Neandertallar üçün tədricən çoxalma baxımından mənfi nəticələr doğurub.
Müasir insanların sayca daha çox olması, bu genetik təsirdən onların eyni dərəcədə zərər görməməsini təmin edib.
Bu yeni tapıntı, həm də niyə Neandertallara məxsus mitoxondrial DNT-nin bu gün insanlarda mövcud olmadığını izah edə bilər.
Avstraliyanın Queensland Texnologiya Universitetindən Sally Wasef, bu nəticələri "yaxşı bir baxış bucağı" adlandırsa da, tam mənzərəni izah etmədiyini bildirib:
"Bu genetik uyğunsuzluq Neandertalların yox olmasına tam səbəb olmasa da, ekoloji və sosial amillərlə birlikdə təsir göstərmiş ola bilər."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
XƏBƏR LENTİ
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan





