İdman

Xabi Alonso Ardanı bu ulduz futbolçu ilə müqayisə etdi

24 Oktyabr 2025 17:01
Baxış: 551
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Real Madrid"in baş məşqçisi Xabi Alonso gənc türkiyəli futbolçu Arda Gülerin çıxışını dəyərləndirib və onu alman ulduz Florian Virtslə müqayisə edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, Gülerin potensialından məmnun olduğunu bildirib:

"Ardanın performansından çox razıyam, amma ondan daha artığını gözləyirik. Virts də "Bayer"də onun kimi idi - gənc, amma çox istedadlı".

Qeyd edək ki, Florian Virts Almaniyada Xabi Alonsonun rəhbərliyi altında "Bayer Leverkuzen"də çıxış edib. Bu ilin yayında isə o, "Liverpul" klubuna transfer olunub.

Qeyd edək ki, Arda Güler hələ gənc yaşda olmasına baxmayaraq, "Real Madrid" kimi böyük klubda öz sözünü deməyi bacarır və gələcəkdə komandanın əsas aparıcı futbolçularından birinə çevrilə bilər.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.