"Gündə 2 litr su için" qaydası tarixə qovuşdu: Elm dünyasından yeni açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onilliklərdir ki, sağlam qalmaq üçün gündə ən az 8 stəkan və ya 2 litr su içməli olduğumuz deyilir. Lakin son elmi araşdırmalar bu "qızıl qaydanın" hər kəs üçün keçərli olmadığını və hətta bəzi hallarda yanlış anlaşıldığını ortaya qoyub.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu qayda 1945-ci ildə bir qida komissiyasının tövsiyəsinə əsaslanır. Lakin o dövrdəki tövsiyədə mühüm bir detal unudulub: "İçdiyimiz suyun böyük hissəsi qidalardan gəlir." İnsanlar bu tövsiyəni yalnız "saf su içmək" kimi başa düşüblər və illərdir bu yanlış fikir populyarlığını qoruyub.
Yeni araşdırmalar sübut edir ki, insanın su ehtiyacı bir çox fərdi amildən asılıdır:
- Kişilərin, qadınların və uşaqların metabolik ehtiyacları fərqlidir.
- İdmanla məşğul olan birinin ehtiyacı ilə ofisdə oturanınkı eyni deyil.
- İsti və rütubətli bölgələrdə yaşayanlar daha çox maye itirirlər.
- Meyvə və tərəvəz ağırlıqlı qidalananlar maye ehtiyacının bir hissəsini artıq yeməklərdən alırlar.
- Susuzluq hissi
Alimlər qeyd edirlər ki, sağlam bir insan bədəni nə vaxt suya ehtiyacı olduğunu susuzluq siqnalı ilə mükəmməl şəkildə bildirir. Məcburi şəkildə, ehtiyac hiss etmədən həddindən artıq su içmək böyrəkləri artıq yükləyə bilər və qanda natrium səviyyəsinin düşməsinə (hiponatremiya) səbəb ola bilər ki, bu da sağlamlıq üçün risklidir.
Müasir tibb "standart litr" rəqəmlərindən uzaqlaşmağı tövsiyə edir. Bunun əvəzinə:
Bədəninizin susuzluq siqnallarını dinləyin.
Sidiyin rənginə diqqət edin (açıq sarı rəng kifayət qədər su içdiyinizi göstərir).
Qidalardakı (şorba, meyvə, tərəvəz) su miqdarını nəzərə alın.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Ada Süleymanova ilə qəzada ölən Anar məşhur iş adamının oğludur
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz





