Niyaməddin Musayevin qızı Qumralın ifasını sildirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Niyaməddin Musayevin qızı Röya xanımla müğənni Təranə Qumralın qızı Qumral arasında qalmaqal yaşanıb.
Milli.Az xəbər verir ki, bu barədə "Tarixin bir günü" verilişində müzakirə gedib. Belə ki, Röya xanım Qumralın "Dünya sənin, dünya mənim" mahnısına etdiyi ifanı yutubdan sildirib.
Qumral bunun üçün ona yazdığını iddia edib:
"Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni bloka atdı. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm".
Röya xanım isə Qumralın ona yazmadığını və mahnını səhv oxuduğunu bildirib:
"O, mənə heç nə yazmayıb. Sizdən xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Çünki atamın mahnıları ilə bağlı müəllif hüquqları məndədir. Mahnıda "cütlənmiş" əvəzinə "cütləşmiş" dediyi üçün bunu etmişəm. Həm də o xanım ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur, işimizə peşəkar yanaşmışıq. İcazə alınmalıdır".
N. Musayev isə Qumralın mahnıdakı səhvi düzəltsə, icazə verə biləcəyini, həmçinin əsərləri ilə bağlı müəllif hüquqlarını qızı Röya xanımın qoruduğunu bildirib.
Xatırladaq ki, N. Musayev müğənni Musa Musayevin əmisidir. Onlar illərdir küsülüdür. (olay)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





