Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi rəsmi işləyənlərin maaşlarından hər ay Pensiya Fonduna müəyyən məbləğ tutulur. Bu, gələcəkdə onların pensiya alması üçün nəzərdə tutulmuş sosial təminatdır.
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, dünyanın əksər ölkələrində rəsmi işləyən vətəndaşların maaşından hər ay pensiya fonduna sosial sığorta haqları tutulur.
Onun sözlərinə görə, bu vəsaitlər gələcəkdə qocalıq dövründə maddi təminat məqsədi daşıyır:
"Lakin cəmiyyətdə tez-tez belə bir sual yaranır: əgər şəxs pensiya yaşına çatmadan vəfat edərsə, niyə onun ödədiyi pensiya vəsaitləri ailəsinə qaytarılmır? Bu sualın cavabı pensiya sisteminin mahiyyətindədir. Mövcud pensiya modellərinin böyük hissəsi paylanma (PAYG - Pay As You Go) prinsipinə əsaslanır. Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumatına görə, dünya ölkələrinin təxminən 70-75 faizi bu modeli tətbiq edir. Bu sistemdə işləyən əhalinin ödədiyi sığorta haqları birbaşa hazırkı pensiyaçıların pensiyalarının ödənilməsinə yönəldilir. Yəni pensiya tutulmaları şəxsi yığım deyil, kollektiv sosial fondun formalaşmasına xidmət edir. İqtisadi baxımdan bu model sosial risklərin bölüşdürülməsi üzərində qurulub. Dünya Bankının hesablamalarına əsasən, orta statistik vətəndaş pensiya yaşına çatdıqdan sonra 18-22 il pensiya alır. Bu müddət ərzində aldığı ümumi pensiya məbləği əksər hallarda onun işlədiyi dövrdə ödədiyi sığorta haqlarından 1,3-1,8 dəfə çox olur. Mövcud fərq isə məhz erkən vəfat edənlərin və daha az yaşayanların sistemə verdiyi dolayı subsidiyalar hesabına formalaşır".
İqtisadçı bildirib ki, pensiya yaşına çatmadan vəfat edən şəxsin ödədiyi vəsaitlər ümumi fonda daxil olaraq cari pensiyaların, əlillik ödənişlərinin və sosial müavinətlərin maliyyələşdirilməsində istifadə olunur:
"OECD ölkələrində pensiya xərcləri ümumi daxili məhsulun orta hesabla 8-10 faizini, bəzi Avropa ölkələrində isə 12-15 faizini təşkil edir. Bu qədər böyük sosial yük yalnız fərdi yığım prinsipi ilə deyil, məhz kollektiv maliyyələşmə yolu ilə mümkün olur. Alternativ olaraq bəzi ölkələrdə yığım əsaslı pensiya sistemləri mövcuddur. Dünya Bankının məlumatına görə, bu model əsasən Latın Amerikası və bəzi Asiya ölkələrində tətbiq olunur, lakin qlobal miqyasda payı 25-30 faizdən çox deyil. Bu sistemlər inflyasiya, bazar dalğalanmaları və maliyyə böhranları zamanı vətəndaşların pensiya risklərini artırdığı üçün bir çox ölkələr yenidən klassik sosial sığorta modelinə qayıdır. Nəticə etibarilə, pensiya sistemi fərdi mülkiyyət mexanizmi deyil, sosial həmrəylik və kollektiv təhlükəsizlik modelidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarpızı belə doğrayın, süfrəniz daha gözəl görünsün
-
Paltaryuyanda yuyucu tozu hara tökmək lazımdır? - Çoxlarının etdiyi səhv
-
Bu çips kartofdan deyil - Mal ətindən hazırlanır
-
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
-
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
-
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
XƏBƏR LENTİ
-
Hitlerin doğulduğu ev polis bölməsi oldu
-
Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
-
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
-
Qarpızı belə doğrayın, süfrəniz daha gözəl görünsün
-
Astanada oturmaq həqiqətən qisməti bağlayırmış
-
Uşaqların telefonuna nəzarət: Hansı yaşa qədər düzgündür?
-
Ömrü uzada bilən isti içkilər
-
Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr
-
Hər gün xiyar yeməyin faydası
-
Paltaryuyanda yuyucu tozu hara tökmək lazımdır? - Çoxlarının etdiyi səhv
-
Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
-
Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir
-
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
-
Bu çips kartofdan deyil - Mal ətindən hazırlanır
-
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
-
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
-
Varlanmaqda çox çətinlik çəkən üç BÜRC
-
İran Silahlı Qüvvələri hər öldürülən iranlı üçün bir amerikalı əsgər öldürəcək - Əli Abdullahi
-
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
-
Daha bir övladı Pittin soyadını istəmir
-
Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
-
Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanılıb
-
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
-
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması





