Azərbaycan futboluna bir ildə nə qədər vəsait XƏRCLƏNİB? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AFFA-nın 2025-ci ildəki xərcləri açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın Hesabat Konfransında məlumat verilib.
Qurumun ötən il üçün xərcləri 49 milyon 110 min 811 manatdır.
Milli komandalara xərclənən vəsait 27 milyon 881 min 267 manat təşkil edib.
Əmək haqqı və ezamiyyə xərcləri 8 milyon 128 min 465 manat, hakimlər və hakim-inspektorlara 4 milyon 40 min 35 manat, oyunların təşkilinə 2 milyon 441 min manat xərclənib.
Qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, AFFA Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 2 milyon 371 min 143 manat olub.
Bundan əlavə, VAR layihəsinin tətbiq olunması üçün 978 min 200 manat, mühafizə üçün 556 min 437 manat, nəqliyyat üçün 472 min 940 manat, kütləvi futbolun inkişafı üçün 370 min 71 manat, aviabilet və hotellər üçün 341 min 40 manat, digər xərclər üçün 312 min 367 manat, lisenziyalaşdırma və maliyyə üçün 267 min 630 manat, təsərrüfat xərcləri üçün 214 min 94 manat, Marketinq və sponsorluq departamenti üçün 208 min 220 manat, "Elit Məşq" layihəsi üçün 185 min 996 manat, təhsil üçün 179 min 806 manat, kommunal və rabitə xərcləri üçün 162 min 100 manat xərclənib.
2025-ci ildə AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına 2 milyon 825 min 58 manat vəsait ayrılıb.
Qurumlar arasında 1 milyon 631 min 458 manat məbləğində ən çox vəsait Azərbaycan Futzal Federasiyasına ayrılıb.
Əlavə olaraq Futbolun İnkişaf Fonduna 384 min, Regional Futbol Federasiyaları İB-yə 208 min, Uşaq və Gənclər Futbol Federasiyasına 180 min, Çimərlik Futbol Federasiyasına 138 min, Azərbaycan Əlillər Futbolu Federasiyası İB-yə 86 min, Sahə Futbol Federasiyasına 60 min, Bakı FF-yə 45 min, İctimai Futbol Təşkilatları İB-yə 39.6 min, Tələbə Futbol Federasiyasına 35 min, İsgəndər Cavadov adına Akademiyaya 18 min manat verilib.
Qeyd edək ki, klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim-inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi
-
Qurban Qurbanovdan məğlubiyyət şərhi
-
"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
-
“Beşiktaş” səfərdə qələbə qazanıb
-
"Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - Yenilənib
-
"Real Madrid"də Vinisiusun taleyinə aydınlıq gəldi
XƏBƏR LENTİ
-
Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur
-
Media və Yayım Şurasının strukturu təsdiqlənib
-
Sabahın hava proqnozu açıqlandı
-
Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb
-
“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi
-
Pezeşkian qonşu ölkələrin dəstəyindən danışdı: “Buna imkan vermədilər”
-
Aytən Abdullayevaya yüksək vəzifə verildi
-
Tailandda məktəbdə qanlı atışma: 7 nəfər öldü
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
-
"Tarqovu"da güclü yanğın başladı - (Yenilənib/Video)
-
Ucarda 1 tondan çox narkotik tərkibli bitki məhv edildi
-
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
-
Rusiya Qara dənizdə Ukrayna üçün yük daşıyan gəmilərə zərbə endirib
-
Cüdoçumuzun atası vəfat etdi
-
Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi
-
Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
-
Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
Bir gündə 55 cinayət açıldı
-
Tamilladan Elton Hüseynəliyevə romantik təbrik





