Hadisə

Səfərbərlik Xidmətində 34 nəfər barəsində Baş Prokurorluğa müraciət edildi

3 Aprel 2026 11:02
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatlarıbda qeyd olunub.

Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaş (onlardan 17-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 16 fakt üzrə 34 nəfər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.