100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrda 100 yaşı tamam olan məşhur amerikalı aktyor və komik Dik Van Dayk uzunömürlülüyünün əsas sirrini açıqlayıb.
Milli.Az xəbər verir ki, o, həyata pozitiv baxmağın və heç vaxt kin saxlamamağın onu gümrah saxladığını bildirib.
Dekabrda bir əsrlik yubileyini qeyd edən aktyor 1964-cü ilin klassik "Merri Poppins" müziklindəki şən bacatəmizləyən Bert rolu ilə tanınsa da, müasir tamaşaçılar onu "Muzeydə gecə" filmindəki Sesil Frederiks və "Klinika" serialındakı doktor Taunsend obrazları ilə daha yaxşı xatırlayırlar.
"People" jurnalına son müsahibəsində Van Dayk qeyd edib ki, qəzəb və nifrət insanı daxildən gəmirən hisslərdir. Aktyor həyatında bəyənmədiyi şeylərin və qəbul etmədiyi insanların olduğunu, lakin heç vaxt kiməsə qarşı dərin nifrət bəsləmədiyini vurğulayıb. O, atasının həyatından daim narazı olduğunu və cəmi 73 il yaşadığını nümunə gətirərək öz nikbinliyinin fərqini qeyd edib.
"Science Alert" elmi nəşri aktyorun bu yanaşmasının elmi əsasları olduğunu bildirir. Tədqiqatlar göstərir ki, aşağı stres səviyyəsi və optimist dünyagörüşü uzunömürlüklə birbaşa bağlıdır. Məsələn, hələ 1930-cu illərdə 678 rahibə üzərində başlayan araşdırma maraqlı nəticələr ortaya qoyub.
Gənc yaşlarında yazdıqları tərcümeyi-hallarında daha çox müsbət emosiyalar və şükranlıq ifadə edən qadınların, neqativ yazan həmyaşıdlarından orta hesabla on il daha çox yaşadığı məlum olub.
Böyük Britaniyada aparılan müasir araşdırmalar da optimistlərin pessimistlərdən 11-15% daha çox yaşadığını təsdiqləyir. Təxminən 160 000 qadının iştirak etdiyi başqa bir genişmiqyaslı tədqiqat isə nikbin insanların 90 yaş həddini keçmək şansının daha yüksək olduğunu göstərib.
Elmi izahlardan biri qəzəbin ürək fəaliyyətinə mənfi təsiridir; qəzəb anında ifraz olunan adrenalin və kortizol hormonları, hətta qısamüddətli partlayışlar şəklində olsa belə, ürək-damar sisteminə ciddi zərər vurur.
Uzunömürlüklə bağlı digər maraqlı məlumatlara görə, sağlam qidalanma və idman vacib olsa da, genetik faktor hələ də birinci yerdə qalır. Bununla yanaşı, dünyadakı 100 yaşlı insanların bir çoxunun "saxta" olduğu da iddia edilir. Sənədlərdəki səhvlər və ya ailə üzvlərinin təqaüd almaq məqsədilə vəfat faktını gizlətməsi statistikada yanlışlıqlara yol açır. (lent.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





