“Bavariya” bu mövsüm ilk dəfə UDUZDU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 19-cu durunda sürpriz nəticə qeydə alınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çempionatın lideri "Bavariya" cari mövsümdə ilk dəfə stadionu məğlub tərk edib. Komanda öz meydanında "Auqsburq"a məğlub olub - 1:2. Münxenlilər matçın 19-cu dəqiqəsində Hiroki İtonun qolu ilə hesabda irəli çıxıblar. Lakin qonaqlar qarşılaşmanın 75-ci və 81-ci dəqiqələrində iki dəfə fərqlənməklə "Bavariya"ya ilk məğlubiyyəti yaşadıblar.
Çempionatda ikinci sırada qərarlaşan "Borussiya Dortmund" isə Berlin səfərində "Union"un qapısından üç cavabsız top keçirərək xal fərqini bir qədər azaldıb. "Leyptsiq" də səfərdə eyni hesabla "Haydenhaym" üzərində qələbə qazanıb.
Üç gün əvvəl UEFA Çempionlar Liqasında Bakıda "Qarabağ"a uduzan (2:3) "Ayntraxt Frankfurt" bu dəfə meydanı xalsız tərk edib. Komanda öz meydanında "Hoffenhaym"a məğlub olub - 1:3.
"Bayer Leverkuzen" doğma meydanda "Verder Bremen"ə minimal hesabla qalib gəlib. "Volfsburq" səfərdə "Maynts"ı məğlubiyyətə uğradıb - 3:1.
Bundesliqanın 19-cu turuna bazar günü oynanılacaq "Borussiya Mönxenqladbax" - "Ştutqart" və "Frayburq" - "Köln" görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, çempionatın açılış matçında "St Pauli" və "Hamburq" komandaları qarşılaşıblar. Hamburq derbisi qolsuz heç-heçə ilə başa çatıb.
Çempionata 50 xalla "Bavariya" liderlik edir". Onu 42 xalla "Borussiya Dortmund" izləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)





