Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs Aydında Şəhər Xəstəxanasının rəsmi açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğanı gözləyərkən diqqət çəkib.
Milli.Az xəbər verir ki, Tatlısəs mərasimə əlil arabasında qatılıb.
O, açılış mərasiminə qatılaraq Türkiyə prezidentini tək buraxmayıb.
Mərasim zamanı protokol zonasında əlil arabasında olan Tatlısəs Ərdoğanın gəlişini gözləyib. Sənətçinin səhhətindəki problemlərə baxmayaraq tədbirdə iştirakı tamaşaçılar və pərəstişkarları tərəfindən böyük sədaqət nümunəsi kimi qiymətləndirilib. /Musavat.com
Milli.Az





