Mədəniyyət

Məsumə Babayevanın dəfn yeri açıqlandı - YENİLƏNİB

24 Yanvar 2026 20:31
Baxış: 5 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.

APA xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

---------

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətubuat xidmətinin rəhbəri Samirə Əşrəf xəbər verib.

O bilidirib ki, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.