Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.
APA xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
---------
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətubuat xidmətinin rəhbəri Samirə Əşrəf xəbər verib.
O bilidirib ki, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Allah rəhmət eləsin.
Milli.Az