Kazan və Nijnekamsk hava limanlarında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Rosaviasiya"dan məlumat verilib.
"Kazan və Nijnekamsk (Begişevo) hava limanları. Təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir", - məlumatda qeyd olunub.
"Rosaviasiya" həmçinin Çeboksarı hava limanında da məhbudiyyətlərin tətbiq olunduğunu bildirib.
Milli.Az





