Dünya

Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir

15 May 2026 22:43
Baxış: 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Nazirlər Kabineti istisnasız olaraq bütün qadınlar üçün ölkəni tərk etməklə bağlı məhdudiyyətləri ləğv etmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko açıqlama verib.

"Hökumət hökumətdə, yerli özünüidarəetmədə, dövlət müəssisələrində və məhkəmələrdə vəzifələrindən asılı olmayaraq bütün qadınlar üçün sərhəd keçid məntəqələrindəki məhdudiyyətləri ləğv edir", - o bildirib.

Qeyd edək ki, bəzi ukraynalı qadınların ölkəni tərk etməsi qadağan edilib. Məhdudiyyətlər xüsusilə Nazirlər Kabinetinin üzvləri, mərkəzi dövlət qurumlarının rəhbərləri və onların müavinləri də daxil olmaqla, yüksək vəzifəli dövlət vəzifələri tutan qadınlara şamil edilib. Parlament üzvləri, hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət müəssisələrinin rəhbərlərinə də bu məhdudiyyətlər şamil olunub.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.